Millitv.azın redaksiyasına Göyçay rayonundan daxil olan məlumata bildirilir ki , 01 mart 2018-ci il tarixdə rayonun Şahadət - Qarabağlar kəndində təxminən saat 19:30 radələrində məqsədli şəkildə törədilmiş cinayət hadisəsi baş vermişdir. Rəşadət adlı şəxs öz həm kəndlisi olan Kamrana zəng edərək onların yaşadıqları evin qarşısında olduğunu bildirir və çox vacib (önəmli) söhbətinin olduğuna görə təxminən 5-10 dəqiqə söhbət etməsi üçün onun evdən çıxmasını xahiş edir.
Kamranda evdə olan qardaşı Ülvi həmin vaxt onlara qonaq gələn Teymur ilə birgə bayıra çıxırlar. Evdən təxminən 50 - metrə aralıda dayanan Rəşadət Kamranı yanına çağırtdırır, Rəşadət Ülvi və Teymurdan, Kamranla məxfi söhbətinin olduğunu bildirərək təxminən 5-6 metrə aralanaraq Kamranla kənara çəkilir. Aralaşdıqdan sonra Rəşadət Kamrana onların evindən uzaq bir məsafəyə getməyi və orada söhbət etmək istədiyini bildirir. Kamran da ona kənd ərazisində yerləşən çayxanaların birində oturub süfrə arxasında çay içərək söhbət edə bilərik dedikdə, Rəşadət, onu alçaldıcı söyüşlər ilə təqqir edir və cibindən iti və kəsici bir alət çıxardaraq Kamranın üz sifətinə dərin yarası olan ağır xəsarər yetirərək. Bundan sonra heç vaxt “ LOTU ” Rəşadəti unutmazsan deyib hadisə yerindən qaçır .
Aralıqda dayanan Ülvi və Teymur Kamranın sifətindən qan axdığını görüb, evə tərəf qaçaraq öz avtomobillərini həyətdən çıxarıb Kamranı yaralı vəziyyətdə Göyçay RMX-na çatdırırlar. Elə yolda ikən DİN-nin 102 saylı qaynar xətt xidmətinə hadisə barədə məlumat verirlər. Xəstəxanada ilkin tibbi yardım göstərdikdən sonra Xəstəxananın Cərrahiyyə şöbəsinə apararaq Kamranı əməliyyat edirlər. 102 qaynar xətt xidmətinə zəng edib verilən məlumatla əlaqədar Göyçay RPŞ-nin əməkdaşları Polis kapitanı Elnur və Polis kapitanı Natiq adlı polis işçiləri xəstəxanaya gələrək hadisə vaxtı hadisə yerində olan Ülvidən və Teymurdan hadisənin baş verməsi barədə sorğu-sual etdikdən sonra hadisə yerinə gedərək baxış keçirirlər.
02.04.20018-ci il tarixdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının Məhkəmə Tibbi Ekspertiziyasının Baş həkimi Ağamirzə həkim tərəfindən təyin olunmuş rəy Göyçay RPŞ-nə təqdim edilir. Kamranın iddiasına görə , Həkim rəyi verilməmişdən əvvəl Kamranın atası Mais , Ağamirzə həkim ilə söhbət edərək oğluna veriləcək dərəcə ilə bağlı soruşduqda Ağamirzə həkimdə evdə, Bazar günü olduğundan onlara gəlməsini xahiş edir. Maisdə Ağamirzə həkimin evinin qarşısına gedərək Maisin avtomobilində birlikdə söhbət edirlər . Zərərçəkmişin atası Maisin iddiasına görə Həmin Xəstəxanada rüşvət almaqla məşğul olan Ağamirzə rəyi ağır dərəcəli bədən xəsarəti verilməsi üçün ondan pul istəmişdir.
Yaranmış vəziyyətlə əlaqədar redaksiyamızdan Göyçay Rayon Mərkəzi Xəstəxanasının Məhkəmə Tibbi Ekspertiziyasının Baş həkimi Ağamirzə həkimilə əlaqə saxladıq həkimin bizə bildirdiyinə görə hal - hazırda xəsarətin ağır , daha ağır və yüngül olması barədə qəti fikirə gələ bilmirik, bunun üçün mütləq 2 ay vaxt lazımdır ki, qəti qərar qəbul edə bilək pul istəməsi ilə verilən sualımıza isə həkim onu bildirdi ki,deyilənlər ona qarşı böhtandan başqa bir şey deyildir.
Zərər çəkən Kamranın bildirdiyinə görə onun sifət nayihəsindəki yara ilə əlaqədar aparılan həkim müayinəsi zamanı həkimlər ona bildiriblər ki, 15 gün müddətində üz nayihəsində kosmetik əməliyat aparılmasa sonradan üzündəki çapığın aparılması mümkün olmayacaq.
Hal hazırda Göyçay RPŞ - də faktla bağlı cinayət işi açılıb araşdırma davam etdirilir.