Главная > kriminal > Bakıda zavodda usta faciəli şəkildə ölüb

Bakıda zavodda usta faciəli şəkildə ölüb


22-05-2020, 11:17. Разместил: rovshen
Bakıda zavodda usta faciəli şəkildə ölüb


Bakıda usta faciəli şəkildə ölüb.

APA-nın məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda yerləşən zavodda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı aparatın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Вернуться назад