Главная > gundem / siyaset > Tramp İsraili məyus etdi
Tramp İsraili məyus etdi7-05-2018, 23:54. Разместил: rovshen |
ABŞ prezidenti Donald Tramp ölkənin Qüdsdəki səfirliyinin açılışında iştirak etməyəcək. Millitv.az Oxu.Az istinadən xəbər verir ki, bu barədə Ağ Ev bəyanat yayıb. Məlumata görə, mayın 14-də keçiriləcək mərasimdə ABŞ nümayəndə heyətinə dövlət katibinin müavini Con Sallivan başçılıq edəcək. Qeyd edək ki, ABŞ bir neçə ay əvvəl İsraildəki səfirliyini Tel-Əvivdən Qüdsə keçirməyə qərar verib. Hazırda xarici dövlətlərin böyük əksəriyyəti Qüds uğrunda israillilər və fələstinlilər arasında ərazi mübahisəsinin olduğunu nəzərə alaraq, səfirliklərini Tel-Əvivdə saxlamağa qərar verib. Bu arada mayın 7-də Paraqvay ayın sonuna kimi səfirliyini Qüdsə köçürəcəyini elan edib. Paraqvay hökuməti belə bir qərar qəbul edən üçüncü dövlət olub. millitv.az Вернуться назад |