Axtarış...

Ucarda 13 yaşlı əlildən rüşvət istənilir



Ucarın Qarabörk kənd sakini, 2007-ci il təvəllüdlü Salmanov Zaur Bülbül oğlunu at vurması nəticəsində alın nahiyəsi sınıb, ağır kəllə beyin travması alıb.

Hit.Az-ın əldə etdiyi xəbərə görə, Z.Salmanov iki dəfə cərrahiyyə əməliyyatı olunub və beyninə qoruyucu metal qoyulub.

2019-cu ilin oktyabr ayında əlillik verilməsi üçün sənədləri Ucar rayon xəstəxanasına təqdim edilib. Lakin tələb olunan rüşvəti verə bilmədikləri üçün indiyə qədər sənədlər xəstəxanada saxlanıb, əllilik dərəcəsi ala bilmir.(Hit.Az)


Daha çox xəbər

Şərh yaz