Goranboyda silahlı insident törədən polisin işi yenidən - Məhkəmədə



Goranboy rayonunda polis əməkdaşına xəsarət yetirməkdə ittiham olunan Lətif Əmrahovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 5-nə təyin edilib.

Qeyd edək ki, Lərif Əmrahovun cinayət işi bundan əvvəl də Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdu. Bu ilin yanvarında hakim Nural Əliyevin sədrliyi ilə baş tutan ilkin prosesdə cinayət işinin yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılması barədə qərar qəbul olunmuşdu.

İttihama görə, ötən il iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb və onlara yaxınlaşıb.

Bu zaman həmin şəxslərlə polis əməkdaşı arasında mübahisə yaranıb və onlardan biri - Qarapirimli kənd sakini Lətif Əmrahov polis əməkdaşına qəfil zərbə endirərək onu yerə yıxıb.

Asayiş keçikçisi üzərində olan xidməti silahdan havaya xəbərdarlıq atəşi açarkən güllə Lətif Əmrahovun əmisi oğlu Təbriz Əmrahova dəyib.

Bundan sonra Təbrizin qardaşı Pərviz Əmrahov silahı polis əməkdaşının əlindən alaraq küpü ilə onun baş nahiyəsindən çoxsaylı zərbələr endirərək ağır xəsarət yetirib.

Xəsarət almış polis əməkdaşı və vətəndaş Təbriz Əmrahov Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İş üzrə zəruri ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İstintaq araşdırması zamanı hadisənin yaranmasında Lətif Əmrahov günahkar bilinib.

İstintaq orqanı tərəfindən Lətif Əmrahovun barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 221.1-ci (xuliqanlıq) və 232.2.4-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə) maddələri ilə ittiham elan edilib.

Qeyd edək ki, Goranboy rayonunda silahlı insident törətməkdə təqsirli bilinən polis zabiti Vüsal Kərimovun işi ayrıca icraata götürülüb.

Vüsal Kərimovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.

Vüsal Kərimovun barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

Onunda barəsində olan cinayət işi bu ilin yanvarında baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan hazırlıq iclasında Vüsal Kərimovun hüquqları ibtidai araşdırma zamanı pozulduğu müəyyən olunub. Bu səbəbdən onun barəsində olan cinayət işinə baxılmasına xitam verilib, iş materialı araşdırılması üçün ibtidai istintaqa qaytarlılıb.

İttihama görə, Goranboy rayonunun Goran qəsəbəsində qarşıdurma zamanı Kəlbəcər rayon sakini, 1986-cı il təvəllüdlü Vüsal Kərimov, Goranboy rayon sakini, 1999-cu il təvəllüdlü Təbriz Əmrahov, onun qardaşı Lətif Əmrahov və Goranboy rayon Boluslu kənd sakini, 1994-cü il təvəllüdlü Səfər Həsənov xəsarət alıblar.

Məlumata görə, hadisə Vüsal Kərimovla Təbriz Əmrahov arasında yaranan mübahisə zəminində baş verib.

Vüsal Kərimov polis leytenantı, hadisənin digər iştirakçısı Səfər Həsənov isə Goran qəsəbəsində mühafizə xidməti əməkdaşıdır.

Hadisə zamanı xəsarət alan Təbriz Əhmədov vəfat edib.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət