Axtarış...

Koronavirus Belçikada da qeydə alındı



Çinin Uhan şəhərindən təxliyə olunmuş Belçika vətəndaşında koronavirus aşkar edilib.

Millitv.Az Trend-ə istinadən bildirir ki, Belçika Uhan şəhərindən 9 vətəndaşını təxliyə edib.

Onlar hərbi hospitalda müayinədən keçirilib. Bir qadında koronavirus aşkar edilib.

Onun vəziyyətinin sabit olduğu, xəstəliyin əlamətlərinin müşahidə edilmədiyi deyilir.

Qadın karantinə alınıb və Brüsseldə xəstəxanaya yerləşdirilib.



Şərh yaz