“Bunu heç yerdə deməmişəm” - Nazilə Səfərli və Könül Kərimova arasında “villa qalmaqalı”



Şairə Nazilə Səfərli aparıcısı olduğu "Ona qalsa" verilişində qalmaqallı açıqlamalar verib.

Yenisabah.az xəbər verir ki, N.Səfərli sözlərinə bəstələnən mahnılarla bəzi müğənnilərin varlandığını deyib:

"Mənim "Qardaş, bu ceyranı hardan almısan?" mahnımla Könül Kərimova özünə villa aldı, aşıq Samirə maşınını dəyişdi. Amma mən bunu heç yerdə deməmişəm. Çünki mən fikirləşirəm ki, sənətkardır, mahnımı oxuyur, burada şişirdiləsi nə var ki?! Əksinə, onların mənim mahnımı oxuması mənə çox xoş gəlir".

Əməkdar artist Könül Kərimova isə öz növbəsində şairənin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Xanım ifaçı Ölkə.az-a açıqlamasında bildirib ki, N.Səfərli həmin fikri zarafatla deyib:

''Mən düşünürəm ki, Nazilə Səfərli zarafat edib. Belə bir şey doğru ola bilməz. Çünki mən bu villada 15 ildir yaşayıram, amma Nazilənin mahnısını 2 ildir oxuyuram. Məgər mahnıya görə villa alırlar? Üstəlik, mahnının sözləri ''Qardaş, bu ceyranı hardan almısan?'' yox, ''Allah, bu ceyran hara ceyranıdır?" formasındadır. Biz Nazilə Səfərli ilə dostuq və düşünürəm ki, bu, qalmaqallı açıqlama yox, zarafatdır''.
Oxşar xəbərlər
«    Февраль 2020    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
242526272829 
Mədəniyyət