Axtarış...

Bakı klubunda “yarpaq tökümü”



Qış fasiləsində "Səbail"dən ayrılacaq ilk futbolçular müəyyənləşib.


"Yeni Sabah" xəbər verir ki, Ağabala Ramazanov klubdan ayrılıb. Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. "Səbail" komandada keçirdiyi 2 mövsümə görə futbolçuya təşəkkür edib, ona uğurlar arzulayıb. 26 yaşlı hücumçunun yeni klubu da bəlli olub. "Zirə" Ramazanov 1 il yarımlıq müqavilə imzalayıb.

"Səbail" eyni zamanda Elvin Yunuszadə ilə müqaviləsinin vaxtından əvvəl xitam verilməsinə dair qarşılıqlı razılıq əldə edib. Futbolçuya azad agent statusu verilib. "Dənizçilər" Elvin Yunuszadəyə klubunun kollektivi adından təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, "Səbail"də ötən mövsüm Avroliqanın ilk təsnifat mərhələsindən sonra maliyyə böhranı yaşanır. Klubun iddiaları zəifləyib, futbolçulara maaşı vaxtında verməyə çətinlik çəkib. Bu səbəbdən hələ yaydan bir neçə legioneri ilə müqaviləyə xitam verən Bakı klubu qış fasiləsində də çox sayda "yarpaq tökəcək".

Komandanən kapitanı Rahid Əmirquliyev, baş məşqçisi Aftandil Hacıyev də dəfələrlə müsahibə və açıqlamalarında mövcud vəziyyəti biruzə veriblər. Belə ki, Rahid komandadaxili vəziyyətin yaxşı olmadığını, Hacıyev isə ona gənc futbolçulara şans verilməsinin tapşırıldığını deyib. Deyilənlərə görə, bütün bunların məqsədi Hacıyevin komandadan göndərilməsi üçündür. Yəni, anlaşılan maddi durum bəhanədir, əsas istək isə Hacıyevin komandadan göndərilməsidir.



Şərh yaz