Axtarış...

Rüvşətə görə işdən qovulan general yolunun açldığını zənn edir... - İDDİA

Rüvşətə görə işdən qovulan general yolunun açldığını zənn edir... - İDDİA

Keçən günlərdə məlumat verərək bildirmişdik ki, Dövlət Miqrasiya Xidmətinin rəhbərliyindən rüşvət ittihamı ilə qovulan Firudin Nəbiyev yenidən vəzifə ümidinə düşüb. Belə ki, DİA.AZ-a mötəbər mənbədən daxil olan informasiyalardan aydın olurdu ki, Firudin Nəbiyev yenidən vəzifə ümidinə düşüb və bu məqsədlə himayədarların köməyinə arxalanmaqdadır.

Mənbə dia.az-a açıqlamasında iddia edirdi ki, Firudin Nəbiyev bu dəfə Müdafiə Nazirliyində görəv almaq istəyir. Hər halda Miqrasiya Xidmətini yarıdan birisinin Müdafiə Nazirliyi kimi strateji bir qurumda görəvə gətirilməsi inandırıcı olmasa da, belə bir ideya var və Firudin Nəbiyev də məhz bu yöndə çaba sərf edir.

Onu da xatırladaq ki, Firudin Nəbiyevin general rütbəsinə daşınması barəsində də kifayət qədər şübhəli məqamlar var ki, bu barədə yerli mətbuatda yetərincə informasiyalar yayılıb.

Mənbə DİA,AZ-a bildirir ki, hakimiyyətin yuxarı eşalonunda baş verən məlum dəyişikliklərdən sonra yolunun açıldığını zənn edən Firudin Nəbiyev yenidən həvəslənib.

Mənbənin dia.az-a söylədikləri: "Firudin Nəbiyev hər yerdə iddia edirdi ki, onun ədavəti keçmiş PA rəhbərliyi ilə olub. İndi də dəyişiklik baş verdiyindən guya artıq ona mane olacaq kimsə qalmayıb və yaxın günlərdə vəzifəyə təyinat alacaq".

Mənbə əlavə olaraq onu da bildirir ki, Firudin Nəbiyev yenə də MN strukturlarında yer almaq istəyindədir.

DİA,AZ



Şərh yaz