Axtarış...

Uşaq pulu ilə bağlı ŞAD XƏBƏR



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yeni proaktiv xidmət - uşağın anadan olmasına görə birdəfəlik müavinətin elektron qaydada təyinatı xidməti fəaliyyət göstərir. Artıq 2550-dək uşağın doğulmasına görə valideynlərinə elektron qaydada birdəfəlik müavinət təyinatı həyata keçirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Nazirlikdən məlumat verilib.

Xəbərdə bildirilir ki, bunun üçün həmin valideynlərin hər hansı quruma müraciət və sənəd təqdim etmələrinə artıq ehtiyac qalmayıb: "Yəni doğulan uşaq üçün doğum haqqında şəhadətnamə alındığı gündən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Ədliyyə Nazirliyinin müvafiq informasiya sisteminə inteqrasiya şəraitində, həmin sistemdən əldə olunan məlumat əsasında müavinət e-qaydada təyin olunub. Birdəfəlik müavinət təyin edildikdən sonra bu barədə onlara sms-məlumat göndərilib".


Daha çox xəbər

Şərh yaz