Neft Kəmərləri idarəsinin əməkdaşının vəfat etmə səbəbləri açıqlanıb

Neft Kəmərləri idarəsinin əməkdaşının vəfat etmə səbəbləri açıqlanıb

Neft Kəmərləri idarəsinin əməkdaşı Qaibova Qəndab Adışirin qızı Qaradağ rayonun ərazisində Daşgil neftin nəqli sahəsində əmtəə operatoru çalışıb.

"Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) verilən məlumata görə, 1961-cı il təvəllüdü olan Qəndab Qaibova gecə növbəsini təhvil verdikdən sonra dünən səhər saatlarında tək istirahət etdiyi otaqda qəfil vəfat edib.

İlkin həkim rəyinə görə mərhum Qəndab Qaibova ürəktutması səbəbindən dünyasını dəyişib.

Azərbaycan neftçiləri olaraq, həmkarımızın əzizlərinə başsağlığı verir, Allahdan ona rəhmət diləyirik.
Oxşar xəbərlər
«    Сентябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Mədəniyyət