“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans təşkil edilib

“Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans təşkil edilib

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) və Dövlət Film Fondunun dəstəyi ilə “Heydər Əliyev və Azərbaycan kinosu” mövzusunda konfrans keçirilib.

ARKİ-dan AZƏRTAC-a bildirilib ki, Dövlət Film Fondunda təşkil olunan konfransı ittifaqın birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan kinosuna göstərdiyi diqqət və qayğıdan söhbət açıb. Qeyd edib ki, bu il 121-ci illiyi qeyd edilən Azərbaycan kinosunun inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə 2000-ci ildə Azərbaycan kinematoqrafçılarının peşə bayramı, “Milli Kino Günü” yaradılıb və onun qayğısı ilə “Nəsimi”, “Dədə Qorqud”, “Babək”, “Cavid ömrü”, “Hökmdarın taleyi” və başqa tarixi filmlər ərsəyə gəlib.

Tədbirdə kinoşünas Aydın Kazımzadə 1984-cü il mayın 18-də Moskvada SSRİ Nazirlər Kabineti sədrinin 1-ci müavini Heydər Əliyevin Azərbaycan Kinematoqrafçıları ilə məşhur görüşünü xatırladıb.

Sonda rejissor Etibar Məmmədovun “Qalxan və Qılınc” filmi nümayiş olunub.
Oxşar xəbərlər
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Mədəniyyət