Axtarış...

“Diqlas” Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 5 mağaza sahibi sığorta şirkətinə müraciət edib

“Diqlas” Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 5 mağaza sahibi sığorta şirkətinə müraciət edib
Bakının Nİzami rayonunda yerləşən "Diqlas" Ticarət Mərkəzindəki yanğında zərər çəkmiş 5 mağaza sahibi sığorta ödənişi üçün "Azsığorta" ASC-yə müraciət edib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq şirkətdən bildirilib.

Bununla belə, hazırda ticarət mərkəzinə giriş məhdudlaşdırıldığı üçün sığorta şirkətinə məxsus qəza komissarları sığorta hadisələri ilə bağlı araşdırma apara bilmirlər.

“Diqlas”ın özü isə “Azsığorta” tərəfindən sığortalanmayıb", - deyə şirkətdən qeyd olunub.


Daha çox xəbər

Şərh yaz