“Diqlas 3 aya tam şəkildə təmir olunaraq yenidən istifadəyə veriləcək”.
Bizimyol.info xəbər verir ki, bunu vətəndaşlarla söhbəti zamanı Diqlas ticarət mərkəzinin rəsmisi kimi özünü təqdim edən şəxs bildirib. O qeyd edib ki, sahibkarlar onlara 3 ay zaman versinlər:
“Hadisə dünən olub, siz isə indidən narazılığa başlamısınız. Üç ay ərzində ticarət mərkəzi tam təmir ediləcək və siz yerlərlə təmin olunacaqsınız. Sadəcə bizə zaman verin”.
Sahibkarlar isə onun sözləri ilə razılaşmayıblar və bugünlərdə onlara dəymiş maddi ziyanın ödənilməsini tələb ediblər.
https://www.facebook.com/bizimyol/videos/336253610355700/