“Azərsu-tikinti” xəstəxanasında rüşvətin tuğyan etməsi

“Azərsu-tikinti” xəstəxanasında rüşvətin tuğyan etməsi

Azərbaycan səhiyyəsində baş verən qanuna zidd hadisələr tez-tez ölkə mətbuatının gündəmini zəpt edir. Belə ki,əhaliyə tibbi xidmət göstərən dövlət xəstəxanalarının bir çoxunda korrupsiya halları tuğyan etməkdədir. Bu cür xoşagəlməz və rəzalət verici halların baş verməsi nəyin göstəricisidir ? Səhiyyə nazirinin bu sahəyə laqeyd yanaşmasıyla əlaqədardır, yoxsa bu sahədə çalışanlar bunu etməyə məcburdur ? Hər kəsə bəllidir ki,Azərbaycan dövləti qısa bir zamanda sürətlə inkişaf etmiş bir dövlətə çevrildi. Təbii ki,bu nailiyyətlər ölkə prezidentinin uğurlu siyasəti nəticəsində əldə olunub. Görəsən nəyə görədir ki,bir çox sahələrimiz bu cür inkişafdan geri qalır. Həmin sahələrdir ki,bu günümüz və gələcəyimizdə bilikli və sağlam yaşamağımızın əsas amilləridir.

Bir neçə gün öncə DogruXeber.az informasiya agentliyinin redaksiyasına “Azərsu-tikinti” xəstəxanasında baş vermiş qanuna zidd video görüntü daxil olmuşdur. Belə ki,görüntülərdən məlum olur ki,xəstəxana həkimləri gələn xəstələrlə açıq-aşkar bazarlıq edirlər. Kadrlardan aydın görmək olur ki,dövlət xəstəxanasının həkimləri abort üçün gələn xəstənin ana bətnində olan uşağın neçə aylıq olmasına görə qiymət deyirlər. “Azərsu-tikinti” xəstəxanasında baş verən hadisə dövlət qanunlarına zidd olmasına baxmayaraq,xəstəxana həkimləri Esmira və Elnarə xəstə ilə elə tərzdə danışır ki,sanki restoranda müştəri üçün menyuda olanların qiymətiylə müştərini tanış edirlər.

Elnarə həkim xəstəyə menyuda olanları bildirib soruşur “siz hansı üsulla abort etdirmək istəyirsiniz ? Yerli,venadaxili, yoxsa narkozla” ? Xəstə bildirir ki,hansını məsləhət görürsünüz o olsun. Həkim deyir ki,ağrısız olması üçün narkozla etmək məsləhətdir. Beləliklə menyu ilə tanış olan müştəri sabah gələcəyini bildirəndə,müştəri əldən çıxmasın deyə müxtəlif üsullara əl atan Elnarə xanım deyir ki,sabaha qalsa əməliyyat edən həkim 15 günlük Yesuntikiyə gedir burda olmuyacaq. Necə deyərlər bugünün işini sabaha saxlama. Beləliklə xəstəni əldən buraxmaması üçün növbəti həkimlə işi tamamlamağı qərara alan Elnarə xanım,Esmira xanımı otağa dəvət edib xəstəylə tanış edir.

Esmira xanım isə Elnarə xanımdan heç də geri qalmır və dərhal menyuda olan qiymətlərlə xəstəni tanış edir. Belə ki,əməliyyatı öz üzərinə götürən Esmira xanım,bu işlərin iki yüz (200) manata başa gələcəyini bildirir. Hətda xəstəyə sinəsinə döyərək, pulu mən alacam deməsi diqqəti bir-başa üzərinə cəlb edir. Görəsən dövlət xəstəxanasında çəkinmədən bazar alveri edən həkimlər bu rahatçılığı kimə güvənib edir ? Bəs xəstəxananın baş həkimi Elman Mirzəyev rəhbərlik etdiyi xəstəxanada baş verənlərdən xəbərdardırmı ? Mətbuatda yetərincə səs salan “Azərsu-tikinti”xəstəxanasında müayinə olunmanın qiymətləri dillər əzbərinə çevrilib.

UZİ 20-25 manat, rentgen 15-20 manat civarında dəyişir. Hətta daxil olmuş məlumatda qeyd olunur ki,dövlət tərəfindən vətəndaşlara pulsuz ayrılan 160 adda dərman preparatı “Azərsu-tikinti”xəsəxanasına müraciət edən xəstələrə heç də təmənnasız verilmir. İddia olunur ki,baş həkim Elman Mirzəyev həmin dərman preparatlarını özəl apteklərə verməklə,şəxsi vəsaitinə daxil edir. Qeyd olunan məlumatlarda xəstəxananın əməliyyat otaqlarında antisanitar vəziyyətin olduğu və əməliyyatda istifadə olunan alətlər Sovet dövründə istifadə olunan alət olduğü xüsusi olaraq bildirilir. Diqqətinizə çatdırdığımız xəstəxana Bakının Nizami rayonu Babək prospekti 11 a 2376 –cı məhəlləsində yerləşir. Bəlkədə özlərini gözdən uzaq bir güşədə olduqlarını güman edən həkimlər düşünürlər ki,onların bu çirkin əməllərini görən olmayacaq. Elə bu səbəbdəndir ki, tam arxayınçılıqla dövlət xəstəxanasını bazara çeviriblər.

Bəs görəsən səhiyyə naziri cənab Oktay Şirəliyev, naziri olduğu sahənin hansı səviyyədə olduğunu bilirmi ? Ölkə prezidentinin dünyaya uğurlu inkişafımız barədə verdiyi mesaja səhiyyə və təhsilimizdəki geriləmə, aparılan uğurlu siyasətə kölgə salmış olur.

Növbəti buraxlışımızda sizlərə təqdim edəcəyimiz sujet “Azərsu-tikinti” xəstəxanasında baş verən korrupsiya hallarının video görüntüləri olacaq. Bizi izləməyə davam edin...

Redaksiya olaraq qarşı tərəfin mövqeyin dinləyib dərc etməyə hazırıq:(DogruXeber.az)
Oxşar xəbərlər
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Mədəniyyət