İnam Kərimov Xaçmazda vətəndaşlarla görüşəcək

İnam Kərimov Xaçmazda vətəndaşlarla görüşəcək

Kənd təsərrüfatı naziri İnam Kərimov yanvarın 25-də saat 11:00-da Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə görüşəcək.

Bu barədə Unikal.org-a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə iştirak etmək istəyənlər Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzinə (050-524-84-15) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu (web@agro.gov.az) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət