Axtarış...

Atasını döyə-döyə öldürən oğuldan XƏBƏR VAR

Atasını döyə-döyə öldürən oğuldan XƏBƏR VAR

Gədəbəydə atasını qətlə yetirməkdə təqsirləndirilən Yaşar Məmmədhəsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Millitv.az -ın open.az-a istinadən məlumatına görə, Y. Məmmədhəsənovun barəsində olan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu il Gədəbəy rayonunda baş verib. Rayonun Toplar kənd sakini, 1944-cü il təvəllüdlü Aydın Şıx oğlu Məmmədhəsənov sərxoş vəziyyətdə olan oğlu tərəfindən döyülərək ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi yardımlarla baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Məmmədhəsənovun ölümündə şübhəli bilinən oğlu Yaşar Məmmədhəsənov saxlanılıb.


Daha çox xəbər

Şərh yaz