Axtarış...

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb

Bakıda 5 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5 nəfərin ölümündə təqsirləndirilən Heydər Quliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, H.Quliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Daha sonra təqsirləndirilən şəxs vəkil Əli Hüseynovla yeni müqavilə bağladığını deyib. O, buna görə də prosesin təxirə salınmasını istəyib.

Məhkəmə iclası oktyabrın 30-dək təxirə salınıb.

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 6-da Bakının Qaradağ rayonunda, Lökbatan-Xocasən avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verib.


Daha çox xəbər

Şərh yaz