Axtarış...

Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən çıxarıb

Novruz Məmmədov Nazirlər Kabinetinin iki şöbə müdirini işdən çıxarıbNazirlər Kabinetinin iki şöbə müdiri işdən çıxarılıb.

“Report” xəbər verir ki, Baş nazir Novruz Məmmədovun qərarına əsasən, Günəş Vəliyeva Nazirlər Kabineti Aparatının Hüquq şöbəsinin müdiri vəzifəsindən azad edilib və onun dövlət qulluğuna xitam verilib.

Baş nazirin digər qərarı ilə Nizami Bayramov Nazirlər Kabinetinin İşlər İdarəsinin Nəqliyyat xidməti şöbəsinin müdiri vəzifəsindən azad edilib. Qərarla onun da dövlət qulluğuna xitam verilib.



Şərh yaz