Axtarış...

Sosial şəbəkədə terror təbliğatı aparan türk müğənni həbs edildi

Sosial şəbəkədə terror təbliğatı aparan türk müğənni həbs edildi

Sosial şəbəkədəki səhifəsində paylaşımlar edən müğənni Fərhad Tunç həbs edilib.
“Ölkə.Az” xəbər verir ki, Fərhad terror qruplaşması təbliğatı aparmaqla ittiham edilib və 1 il 11 ay 12 gününü dəmir barmaqlıqlar arxasında keçirəcək.
İstanbul Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə Fərhad vəkili Ercan Kanar ilə gəlib.
Məhkəmə sədrinin son söz verdiyi Fərhad “Mən sənətçiyəm. İqtidara görə hərəkət etmirəm. Belə etmək sənətə xəyanətdir. Sənət və sənətçilər bir ideologiyaya sığışdırılmamalıdır. Kobani prosesini yaxından izləyirəm. Son albomum da “Kobani” adlanır. Etdiklərimə görə peşman deyiləm” deyib.
Məhkəmənin qərarı ilə müttəhim Fərhad Tunç “Silahlı terror qruplaşması PKK və onun Suriya qolu YPG-nin təbilğatı ilə məşğul olduğu üçün” 1 il 11 ay 12 gün həbs cəzasına məhkum edilib.


Daha çox xəbər

Şərh yaz