Axtarış...

“Azərenerji”nin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad olundu

“Azərenerji”nin prezidenti Etibar Pirverdiyev vəzifəsindən azad olundu

Prezident İham Əliyev E.S.Pirverdiyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Millitv.Az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.



Şərh yaz