Axtarış...

Qusara kimi başçı gətirirlər? - 2 müavin başçı olmaq istəyir...

Qusara kimi başçı gətirirlər? - 2 müavin başçı olmaq istəyir...

Son günlər barəsində şikayət dolu müraciətlər artan Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov da vəzifəsində son günlərini yola verir. Bu barədə DİA.AZ-a rayondakı qaynaqlardan informasiya verilib. Xəbəri verən mənbəyə görə, yaxın günlərdəı Qusarda yeni icra başçısı təyinatı gözlənilir.

Qusara kimi başçı gətirirlər?

Dia.az xatırladır ki, Alxasov Şair Balaşərif oğlu 1958-ci ildə Qusar rayonunun Çətkün kəndində anadan olmuşdur. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışmışdır. İcra Hakimiyyətinin Başçısı vəzifəsində 18.12.2007-ci il tarixindən çalışır. Ailəlidir, 1 oğlu, 2 qızı vardır.

DİA.AZ-a məlumat verən mənbə bildirir ki, Şair Alxasovun yerinə kimin təyin ediləcəyi dəqiq bilinmir. Mənbənin söylədikləri: "Amma dəyişiklik olacaq. Hazırda RİH-də çalışan 2 müavin də başçı olmaq istəyir və rəqabətdədirlər. Amma təbii ki, son qərar prezidentin iradəsindən asılıdır və kimin gətiriləcəyini görəcəyik". (Dia.az)


Daha çox xəbər

Şərh yaz