Axtarış...

İstifadə etmədiyi qaza görə... BORC YAZILIB! - AXI NİYƏ?..


Zaqatalanın Lahıc kənd sakini Maqsud Yunusov istifadə etmədiyi mavi yanacaqla bağlı ona əlavə vəsait hesablandığından şikayətçidir.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Zaqatala sakininin sözlərinə görə rayon qaz istismar sahəsində onu anlamadıqlarını, əksinə yanlışlığa yol verdiyini deyirlər.

82 yaşlı Maqsud Yunusov dörd övlad atasıdır. O, övladlarının hər birinin başqa ünvanlarda yaşadıqlarını deyir.

Noyabr ayının əvvəlində ikinci qrup əlil kimi həyat yoldaşı ilə birlikdə Sumqayıt şəhərinə müalicə üçün yollanıblar. Dediyinə görə o, mavi yanacaqla bağlı bütün ödənişləri də Sumqayıta getməzdən əvvəl ödəyibmiş. Lakin geri dönərkən qapıda “Azəriqaz”ın yeni qəbzini görəndə təəccüblənib.

“Noyabr ayının 5-də yoldaşımla Sumqayıta əlillər sanatoriyasına getmişəm və 20-də gəlmişəm. Biz qayıdandan sonra yəni ayın 28-də gəlib sayğaca baxdılar və 54 manat pul yazdılar. Bu, nə deməkdir? Evdə olmadığımız və kimsənin qazdan istifadə etmədiyi halda niyə pul yazılsın ki?”

Vətəndaşın iddiası ilə bağlı “Azəriqaz” İstehsalat Birliyi ilə əlaqə saxladıq. Qurumdan saytımıza bildirilib ki, hər bir vətəndaşda olduğu kimi Lahıc kənd sakini Maqsud Yunusovun yaşadığı mənzildə də istifadə etdiyi mavi yanacağa görə sərfiyyat elektron qaydada qeyd edilib.

Vətəndaşın nümunəvi ödəyici olduğunu, ona göndərilən qəbzlərə əsasən vəsaitləri də vaxtlı-vaxtında ödədiyini deyən İstehsalat Birliyinin nümayəndəsi əlavə edib ki, ona debitor borcundan əlavə heç bir vəsait hesablanmayıb.

Ən son isə vətəndaşa 54 AZN qəbz göndərilib ki, bu da onların istifadə etdiyi mavi yanacağa görədir.

Qeyd edək ki, Maqsud Yunusov ona gələn 54 manatlıq qəbzi də əvvəldən ödəyib . O, Zaqatala qaz istismar sahəsinə dəvət edilərək bir daha ödənişlə bağlı izahat verib.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz