Axtarış...

Elşən Salahov həbsin bir addımlığında: İcra başçısını prezidentin qəzəbinə düçar edən hansı əməli olub?


Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov həbsin bir addımlığındadır.
Bu barədə redaksiyamızı etibarlı mənbə məlumatlandırıb.
Mənbənin bildirdiyinə görə, buna səbəb Xəzər rayonunun ən böyük qəsəbəsi sayılan Binədə son 4-5 ildə həyata keçirilən çoxsaylı qanunsuz tikililərdir. Hamısı müxtəlif məmurlara, iş adamlarına məxsus olan qanunsuz villalar o qədər genişlənib ki, artıq strateji obyekt olan hava limanı ərazisinə qədər “gəlib çıxıb”. İcra başçısının öz tamahı ucbatından dövlətin strateji obyekti üçün təhlükə yaratması, ali hakimiyyətin qəzəbinə səbəb olub. Məhz bundan sonra Xəzər rayonunda təftiş kompaniyasına start verilib. Aparılan ilkin araşdırmalar nəticəsində hava limanına yaxın ərazilərdə 60-a yaxın qanunsuz villa aşkar eidlib. Məlum olub ki, bu villaların heç birinin tikintisi üçn rəsmi icazəsi olmayıb və bunların hamısı Elşən Salahovun “xeyir-duası” ilə inşa edilib.
Bununla yanaşı Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovun yaxın qohumları ciddi narazılıqlara səbəb olan addımlar atır. Bu barədə redaksiyamıza daxil olan məlumatda iddia olunur ki, Elşən Salahovun Arif adlı yaxın qohumu və onun Yaşar adlı dostu rayon ərazisindəki inşaat işlərinə bu və ya digər formada müdaxilə edir. Xəzər Rayon İcra Hakimiyyətində heç bir vəzifə tutmayan adıçəkilən şəxslər onların razılığı olmadan inşaat işlərinin aparılmasını qadağan edib. Rayondan daxil olan məlumatda bildirilir ki, Arif və Yaşar adlı şəxslər onlarla razılaşmayan vətəndaşlara tikinti aparmağa imkan vermir. Bundan başqa, onlar qeyri-qanuni tikintilərə də rəvac verir. Bildirilir ki, onların qanunsuz hərəkətləri barədə yerli icra hakimiyyətinə müraciətlər edilsə də, heç bir nəticəsi olmayıb.
Məlumatda həmçinin qeyd edilir ki, Elşən Salahov Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin keçmiş rəisi Mehman Hüseynovun Natiq adlı qardaşı oğlunu da tikinti işləri ilə bağlı “əməliyyatlara” cəlb edib. Bir neçə il əvvəl Elşən Salahov Xəzər Rayon İcra Hakimiyyətində keçirilən əməliyyatla gündəmə gəlmişdi. Həmin vaxt əməliyyat zamanı qurumun təsərrüfat şöbəsinin müdiri Tural Zeynalov saxlanıılmışdı. Onun cinayət başında yaxalandığı barədə məlumatlar yayılsa da, sonradan 200 manat cərimə müqabilində azadlığa buraxılmışdı. Mediada gedən məlumatlarda iddia edilirdi ki, Tural Zeynalovun azadlığa çıxmasında Elşən Salahovun böyük rolu olub. Bu, Tural Zeynalovun qanunsuz əməllərində Elşən Salahovun da məsulyyət payının olması ilə əsaslandırılırdı
Hazırda Xəzər rayonu və Binə qəsəbəsində qanunsuz tikililərl bağlı yoxlama prosesinin ikinci dalğasına start verilib. Aparılan yoxlama proses nəticəsində daha yüzlərlə qanunsuz tyikilinin üzə çıxacağı şübhəsizdir. Mənbənin məlumatına görə, Elşən Salahov baş verənlərədn sonra hakimiyyətin yuxarı eşalonunda yer tutan bəzi məmurlardan kömək istəsə də, hələ ki, heç kim ona açıq dəstək verməyə cəsarət etmir.(cumhuriyyet.az)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz