Ağstafada yerləşən Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin binası biabırçı vəziyyətdədir.
32gun.az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntü yayılıb.
Görüntüdən aydın olur ki, idarənin binasının üzlüyü tökülüb.
Əldə etdiyimiz məlumata görə, idarənin binası uzun müddətdən biabırçı vəziyyətdədir.
Hətta binanın üst mərtəbəsi tamamilə yararsız vəziyyətdədir.
Həmin binada musiqi məktəbi yerləşir. Bu da onu göstərir ki, bina məktəbə gələn uşaqlr üçün də əsas təhlükə mənbəyidir.
Qeyd edək ki, bu il aprelində mədəniyyət naziri Adil Kərimlinın əmrinə əsas Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin rəisi Nail Məmmədov təyin edilib.
My Webpage