Axtarış...

Həkimin əməliyyatından sonra xəstə şikayət etdi - "Reo Med" cərimələndi -TƏFSİLAT


Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən "Reo-Med Tibb Mərkəzi" MMC 6 min manat cərimə edilib.
Yenixeber.org: Məlumata görə, klinikanın cərimə edilməsinə səbəb C.V. adlı şəxsin "Reo Med"də cərrahiyyə əməliyyatının uğursuz keçməsi olub.
Belə ki, C.V. "Reo Med"in həkimi Ramiz Kərimov tərəfindən mamoplastika əməliyyatı edildiyini, lakin əməliyyatın uğurlu keçmədiyi və sağlamlığında fəsadlar yarandığı barədə hüquq-mühafizə orqanlarına şikayət edib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, plastik cərrahiyyə lisenziyası olmayan klinikada C.V.nın sağlamlığında fəsadlar yaranması ilə nəticələnən mamoplastika əməliyyatı keçirilib.

Nəticədə klinika barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlığı qaydaları əleyhinə olan (Sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması) inzibati xəta protokolu tərtib edilib. Səhiyyə Nazirliyi tərəfindən tərtib olunan protokol İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə irəli sürülüb.
Məhkəmənin qərarı ilə "Reo-Med Tibb Mərkəzi" MMC 6000 manat məbləğində inzibati cərimə olunub. C.V. adlı şəxsə dəyən zərərin ödənilməsi ilə bağlı hər hansı bir məlumat yoxdur.(Qaynarinfo)
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz