Axtarış...

Röyal Sarıməmmədova verilən vaxt daralır -Eldar Əzizov onun Pirallahıdakı işlərindən narazıdır


Məlum olduğu kimi noyabr ayında həm yağan şiddətli yağışdan sonra, həm də COP 29-un açılış məsələləri ilə bağlı Bakı şəhər İcra Hakimiyyətində paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə geniş tərkibli müşavirələr keçirilib. Müşavirədə yaranmış problemlərdən əlavə paytaxtın abadlaşdırılması işləri ilə bağlı da müzakirələr aparılıb, təhlil edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxtın təsərrüfat xidmətləri rəhbərlərinin bəzilərinə iradlarını bildirib, işlərini düzəltməyə vaxt verib. Əldə etdiyimiz məlumata görə həmin təsərrüfat xidməti rəhbərlərindən biri Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədov olub.

Əldə etdiyimiz məlumatlara görə buna səbəb Röyal Sarıməmmədovun barəsində Bakı şəhər İcra Hakimiyyətinə olunan şikayətlərin çoxluğu olub. Pirallahı sakinlərinin narazılığı ondan ibarət olub ki, Röyal Sarıməmmədovu yerində tapa bilmirlər, problemləri aylarla həll olunmamış qalır. Pirallahıdakı mənbələrimizdən əldə etdiyimiz məlumata görə Röyal Sarıməmmədov çox iddialıdır, özünü rayonun sahibi kimi aparır, aidiyyəti oldu, olmadı bütün işlərə qarışır və vaxtının çoxunu da öz biznesinə sərf edir.

Maraqlıdır, Röyal Sarıməmmədov biznes qurmağa pulları hardan əldə edir. Bu apardığımız kiçik bir araşdırdırmada özünü açıq aydın göstərir.

Pirallahı Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi nəqliyyat vasitələrinin cari təmirinin satın alınması üzrə “KARPİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 10.365 manat məbləğində satınalma müqaviləsini 25.11.2024-cü ildə, nəqliyyat vasitələrinin cari təmiri və sürtgü yağlarının satın alınması üzrə “ALAZAN-A” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 47.515 manat məbləğində satınalma müqaviləsini 20.08.2024-cü ildə bağlayıb.

Otən il isə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi sürtkü materiallarının satınalınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 18.920 manat, nəqliyyat vasitələrinin cari təmiri üçün tələb olunan ehtiyat hissələrinin satın alınması üzrə isə “İNPORT” MMC ilə 33.878,98 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Maraqlıdır, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında nə qədər nəqliyyat vasitəsi var, və ötən ilin dekabrından bu günə 110 min manata qədər alınan ehtiyyat hissəsləri və sürtgü yağları həqiqətənmi həmin nəqliyyat vasitələrinə xərclənib?

Bundan əlavə Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyi abadlaşdırma xidmətinin satın alınması üzrə “FILTRON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 12.650 manat məbləğində 23.11.2024-cü ildə, təmir işlərin satınalınması üzrə “KONEKS CONSTRUCTİON” MMC ilə 96.941,91 manat məbləğində 11.10.2024-cü ildə, abadlaşdırma xidmətlərinin satın alınması üzrə “QİBSON” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 28.950 manat məbləğində satınalma müqavilələri bağlayıb.

Burada “FILTRON” və “QİBSON” MMC-lərinin Pirallahıda haranı abadlaşdıracağı yerlər bəlli deyil. Çünki bu şirkətlər abadlaşdırma ilə deyil başqa qaranlıq məsəslələr üçün Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyindən kotirovka udublar bu şirkətlər daha əvvəllər də Təsərrüfat Birliyi ilə işbirliyində olubublar. “QİBSON” MMC Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinə həm sürtkü materialları alır, həm də abadlaşdırma xidmətləri göstərir. “FILTRON” MMC isə Təsərrüfat Birliyinə həm mal-materiallar ( 43.718 ) həm inventar və xüsusi geyim ( 70.074 ) həm sanitariya-gigiyena (19.824) həm də abadlaşdırma xidmətləri göstərir. Bundan əlavə avqust ayında Təsərrüfat Birliyinə sürtgü yağları satan “ALAZAN-A” MMC ötən il həm də abadlaşma xidməti göstərib.

Bütün bu məlumatlardan da görsəndiyi kimi Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyində satınalmaların təşkili qanunla müəyyən edilmiş qaydalarda aparılmır. Bütün işlər qanunlara uyğun deyil, Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Röyal Sarıməmmədovun maraqlarına uyğun qurulur.

Qeyd edək ki, Röyal Sarıməmmədov daha əvvvəllər Xəzər, sonra Pirallahı Rayon İcra Hakimiyyətilərində nümayəndə müavini, baş məsləhətçi, sektor müdiri, şöbə müdiri, başçının köməkçisi kimi müxtəlif vəzifələrdə çalışıb. 15.03.2022-ci il tarixindən Pirallahı rayon Mənzil – Kommunal Təsərrüfatı Birliyinin rəisi vəzifəsinə təyin edilib.

Onun bizneslə məşğul olduğunu sübut edən məlumatlar isə mətbuatda çoxdan yayılıb. Dövlət Sosial Təminat Xidməti Günərzi Qayğı Mərkəzinin fəaliyyətinin təşkili məqsədilə qeyri-yaşayış obyektini fiziki şəxs Sarıməmmədov Röyal Tofiq oğlundan (VÖEN – 8700148382) icarəyə götürəcək. İcarəyə götürüləcək 130 kv metr qeyri-yaşayış obyekti üçün Röyal Sarıməmmədova ildə 24 960 manat (ayda 2080 manat) ödəniləcək. Bu Röyal Sarıməmmədovun biznesinin kiçik bir hissəsidir.

Pirallahı Mənzil-Kommunal Təsərrüfat Birliyinin keçirdiyi satınalmalardan da göründüyü kimi hər il abadlaşdırma, təmir, nəqliyyat vasitələrinə ehtiyyat hissələrinin alınmasına vəsaitlər ayrılır. Lakin bu vəsiatlərin demək olar çoxu Röyal Sarıməmmədovun özünə qayıdır. Pirallahı isə nə abadlaşdırılır, nə də təmir edilir. Nəqliyyat vasitələrinə ehtiyyat hissələrini də sürücülər özləri alır.

Görünür Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəzəbinə tuş gələnlər də bu olub. İndi verilən vaxtda Röyal Sarıməmmədov Eldar Əzizovun qəzəbindən qurtula biləcəkmi, yoxsa yaxın gələcəkdə vəzifəsi ilə vidalaşmalı olacaq. Onu da yaxın gələcək göstərəcək. (Aktualinfo.org)
Text-to-Speech

DİNLƏ






Şərh yaz