Ekologiya.az araşdırdı, saxtakarların oynunu pozub, ifşa etdi - VİDEO
Facebook
Twitter
Вконтакте
Одноклассники
Google+
Azərbaycan çətin geosiyasi şəraitə və Qərb ölkələrinin daimi təzyiqlərinə baxmayaraq, iqlim dəyişikliyi ilə mübarizə üzrə qlobal səylərə real töhfə verməyə çalışır. Ölkə artıq təmiz texnologiyalar tətbiq edir və bərpa olunan enerji mənbələrini inkişaf etdirir ki, bu da onun beynəlxalq iqlim sazişlərinə sadiqliyini bir daha təsdiqləyir. Azərbaycanımızda bu mühüm hadisəni öz riyakar mənafeləri üçün siyasiləşdirmək üçün cəhd göstərməyə çalışınlar da az deyil. Avropaya qaçanlar, ölkədə saxta profillər açanlar tərəfindən hər sahədə olduğu kimi, ekologiya sahəsində də, ölkəmizdə keçiriləcək önəmli tədbir öncəsi gözdənsalma kompaniyasına start verilməkdədir.
Qısa olaraq bildirmək istərdik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Reional Ekologiya İdarəsi tərəfindən tam qanun çərçivəsində "Monte Ferro" MMC-yə verilmiş ərazi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara görə guya saxtakarlıqlar həyata keçirilir.
Ekologiya.az-ın bir neçə əməkdaşı sözügedən regionda, DETX-nın 7 saylı RETSİ idarəsinin və Meşələrin İnkişafı xidmətinin əməkdaşları ilə birgə adıçəkilən ərazidə bu məsələ ilə bağlı geniş araşdırma aparmışlar.
Aparılan araşdırma zamanı məlum olmuşdur ki, Meşə fonduna aid boş ərazidə fındıq bağı salmaq məqsdəi ilə lazımi iş aparmışdır. Amma bu da saxtakarların yaydığı yalan kimi deyil. Və eyni zamanda görülən iş də yeni deyil, bir neçə il qabaq qanuni müqavilə əsasında məlum şirkətin ərazidə fəaliyyətinə izin verilmişdir.
Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 296/ EM nömrəli əmrinə əsasən 31.05.2022-ci il tarixdə 07 saylı icarə müqaviləsi əsasında Göynük meşəbəyliyinin 8,9,10,11,12,14,18,19,20,21,və 23 -cü kvartalına aid olan 828.13 ha aqro bağ salınması məqsədilə "Monte Ferro" MMC-yə verilmişdir. "Ferro" MMC-yə verilmiş əraziyə yuxarıda qeyd etdiyimiz dövlət rəsmləri ilə birgə tərəfimizdən yerində baxış keçirilərək geniş araşdırma aparılmışdır. Baxış və araşdırma zamanı icarəyə verilmiş 828.13 hektarı 2023- cü il payız fəslində 110 ha hissəsində 5×5 sxemində 1 ha hissəsində 363 fındıq tingləri əkilmişdir, ümumilikdə isə 110 ha ərazidə 39930 fındıq tinkləri əkilmişdir. 2024 cü il ərzində 250 ha ərazi şumlanarq 20 ha hissəsində 5×5 sixemində 7260 fındıq tingi əkilmişdir. Qalan 468.13 ha ərazidən 118 ha hissəsinin təbii bərpa nəticəsində sıx meşə örtüyü əmələ gəldiyinə görə "Monte Ferro" MMC tərəfindən Meşələrin İnkişafı Xidmətinə geri qaytarılması üçün müraciət edilmişdir. Yerdə qalan 350 hektar ərazidə təbii bərpa nəticəsində sumax, akasiya böyürtkan kolları olduğu ücün hec bir əkin işləri aparılmamışdır. İcarəyə verilmiş 828.13 ha ərazidə hər hansı bir ağac kəsilməsi faktı belə əməkdaşlarımız tərəfində qeydə alınmadı. Bəs görəsən bəzi ağzıgöyçəklər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəridən qabıqdan çıxdığı bu zamanlar həqiqəti yox "qara piar"ı seçiblər...
Ekologiya.az sözügedən məsələ ilə bağlı videoaçıqlamanı təqdim edir:
Qeyd edək ki, məlum məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mühüm açıqlaması olacaq.