Axtarış...

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi HARA BAXIR? - BU NƏDİ BELƏ?..


Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi küləkli hava şəraitinə görə 52 ədəd ağac və budaq qırılması faktının aşkarlandığını açıqlamışdı.
Bakupost.az xəbər verir ki, belə hadisələrdən biri də Tbilisi prospekti, 56 ünvanında baş vermişdi.
Hadisənin üstündən bir neçə gün keçsə də, qırılmış ağac hələ də piyada səkisindən yığışdırılmayıb. Bu isə həmin yolda gediş-gəlişə mane olur. Küçə işıqları sıradan çıxdığından xüsusən də axşam saatlarında yaxınlıqdakı liseydən dərsdən qayıdan uşaqlar yolu keçməkdə çətinlik çəkirlər.
Onu da qeyd edək ki, yağışlı havalarda həmin ərazidə tez-tez oxşar hadisələr baş verir. Ərazidəki bir çox ağacların budağı quruyub. Onlar hər an məktəblilərin, eləcə də yaxınlıqdakı iş yerlərində çalışanların üzərinə aşa və bədbəzt hadisəyə səbəb ola bilər.
Hadisə yerindən fotoları təqdim edirik:





Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz