Millitv yə müraciət edən Bakı şəhər sakini Zeynalova Solmaz oğlu İlkin Babayevin günahsız yerə həbs edilməsi səbəbindən və bu işdə daha çox günahkar bildiyi şəxslər barədə iddia edərək baş verənlər barədə 1-ci Vitse Preziden xanım Mehriban Əliyevaya müraciət edərək oğlunun günahsız olması və əsl günahkarların məmur qohumlarının himayəsində gizləndilməsini etdiyi müraciətində bildirir.
Hörmətli izləyicilər edilmiş müraciətin tam mətnini sizlərə təqdim edirik. Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti xanım Mehriban Əliyevaya
Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi, ev 31/2c-də yaşayan Zeynalova Solmaz Müseyib qızı tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli Mehriban xanım!Sizin və Ümummilli Lider, Ulu Öndər Heydər Əliyev siyasətinin davamçısı, cənab Ali Baş Komandan İlham Əliyevin möhtəşəm idarəçiliyi nəticəsində, uzun illər əsarətdə olan torpaqlarımızın yağı düşməndən azad olunaraq, nəhayət ki xalqımız firəvan həyat sürməyə başlamışdır.
Ölkədə keçirilən islahatlar, Korrupsiyaya qarşı mübarizə siyasəti xalqımız tərəfindən böyük rəgbətlə qarşılanır. Cənab Prezidentin tapşırığı ilə baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsi yaradıldıqdan, sonra cəmiyyətdə böyük fərəh və cevinc hissi ilə qarşılanmışdı. Hər bir Azərbaycan vətəndaşı ümüd edirdi ki, nəhayət vəzifəli şəxslərin və onların himayə etdikləri qohumlarının törətdikləri cinayətlərin özbaşınalıqların qarşısını ala biləcək bir qurum yaradıldı. Lakin əfsuslar olsun ki, əsl hazırda qeyd olunan idarənin əməkdaşları və onların qohumları korrupsiya cinayətləri törədir və səlahiyyətli himayədarları güvənərək asanlıqla böyük məharətlə məsuliyyətdən yayınırlar.
Belə ki, oğlum Babayev İlkin Əbülfəz oğlu 02.02.2023cü il tarixdə törətmədiyini cinayət görə qanunsuz və əsassız olaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs olunmuşdur. Cinayəti əslən törədən həmin idarənin Preventiv şöbəsinin prokuroru Nicat Şəmşirovun qardaşı Nahid Şəmşirov isə qeyd olunan işi aparan müstəntiq İlyas Hüseynov tərəfindən 3(üç) ay 7(yeddi) gün kənarda qalmış, cinayəti törətməsi barədə kifayət qədər sübut və dəlillər olmasına baxmayaraq, Ölkədən giriş - çıxışına məhdudiyyət qoyulmamışdı. Halbuki 04.02.2023-cü il tarixdə Biqədi rayon məhkəməsində oğlumun həbs olunması üçün sanksiya verilən zaman müstəntiq İlyas Hüseynovun məhkəməyə təqdim etdiyi təqdimatda bu cinayəti iş yoldaşı Nicat Şəmşirovun qardaşı Nahid Şəmşirovun törətməsini birbaşa göstərilmişdir.
İlyas hüseynovun Nahid Şəmşirovu 3 ay 7 gündən sonra cəlb etməsi, ölkədən giriş-çıxışına bilərəkdən məhdudiyyət qoymaması nəticəsində, Nahid Şəmşirovun 2023-cü ilin may ayının axırlarında ölkədən qaçmasına səbəb olmuşdur.
İstintaq dövründə heç bir üzləşmə İstintaq hərəkətləri həyata keçirilməmişdir. İttiham aktında yalançı böhtan xarakterli məlumatlar göstərilmişdir.
Hal-hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə məhkəmə iclasları keçirilir. Hakim Samir Əliyev işə prokurorluğun təsiri ilə qeyri obyektiv, qərəzli şəkildə baxır. 1 il 3 aydan artıq gedən məhkəmə prosesləri zamanı 6 nəfər şahidin iştirakı təmin olunmayıb.
Oğlum Babayev İlkinlə kobud şəkildə, təhqirlərlə, hədə qorxu ilə danışılır.
Bu qanunsuz hərəkətlərə etiraz olaraq oğlum saxlanıldığı Bakı İstintaq təcridxanasında yeməkdən imtina edərək aclıq elan etmiş, 14.07.2024-cü il tarixdə özünə qəsd etmək məqsədilə xörək qaşığını udmuşdur. Penitensiar xidmətin müalicə müəssisəsində bir müddət qaldıqdan sonra, bədənində yad cisimin qalmasına baxmayaraq yenidən təcridxanaya qaytarılmışdır. Hal-hazırda vəziyyəti çox ağırdır və aclıq aksiyasını davam elətdirir. Çəkisi görünəcək dərəcədə azalmışdır. Bədənində çoxlu sayda səpkilər var.
Qeyd olunanları nəzərə alaraq sizdən artıq dərəcə xahiş edirəm ki, sizə olan bu müraciətimi nəzarətinizə götürərək adlarını çəkdiyim prokurorluq və məhkəmə əməkdaşlarının qanunsuz hərəkətləri barədə ciddi tədbir görəsiniz.
Bildirmək istərdim ki, oğlum Babayev İlkin Əbülfəz oğlu sabiq polis zabiti olubdur.
Əzizi Mehriban xanım Sizin humanistliyinizə məndə bir ana kimi çox inanıram
Millitv.az