Axtarış...

Adil Vəliyevi çətiri altında YAŞIL TERROR - VİDEOFAKT


Bakının Sabunçu rayonunda yaşıllıqların məhv edilməsinin görüntüləri yayılıb. Anaxeber.info bildirir ki, kadrlarda ağacların kəsilib yerində obyektlər tikilməsi görünür. Bu "yaşıl genosid" baş verərkən aidiyyatı qurumlar müdaxilə etməyiblər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Sabunçu rayon İcra Hakimiyyəti bu fakta münasibət bildirməyib. Qeyd edək ki, ağac kəsmək cinayət işidir və buna görə həmişə prokurorluq araşdırma aparır. Üstəlik, gələn ay Bakıda COP29 İqlim dəyişikliyi konfransı keçiriləcək. Amma ekoloji konfrans təşkil ediləcək şəhərdə ağaclar doğranır.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz