Axtarış...

Binəqədinin icra başçısı da COB29-a BELƏ DƏSTƏK OLUR... - AY MAŞALLAH...

Binəqədinin icra başçısı da COB29-a BELƏ DƏSTƏK OLUR... - AY MAŞALLAH...

Azərbaycanda bir sıra hökumət strukturları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə əlaqədar nəzarət tədbirləri keçirirlər. Aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilir. Gözlənilən nəhəng beynəlxalq tədbir ərəfəsində paytaxtın küçə və prospektlərdə yol infrastrukturu yenidən qurulur.
COP29 dünyanın bir nömrəli beynəlxalq tədbiridir, beynəlxalq konfransıdır, ölkələrin təmsilçiliyi nöqteyi-nəzərindən BMT Baş Assambleyasından geri qalmır. Bakı iki həftə ərzində dünyanın mərkəzi olacaq və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Ancaq turistlərin paytaxtın bütün küçə və dalanlarını qarış-qarış gəzməyə həvəsli olacaqları inandırıcı görünmür.
Nyus.az xəbər verir ki, Bakının bəzi rayonlarında COP29-a hazırlıq adı altında nəzarət deyil, məhz qanunsuzluğa start verilib. Belə ki, istər fəaliyyət göstərən bir sıra iaşə obyektlərinin sahiblərinə konstruksiya və betafon tipli materiallarla öz obyektlərinin sahələrini artırmağa, istərsə də “sıfırdan” obyekt inşa etmələrinə “yaşıl işıq” verilib. Soruşan olanda da deyirlər ki, “COP29-a hazırlıq işləri çərçivəsində obyektlər təmir olunur. Redaksiyamıza daxil olmuş səhih məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 326 ünvanda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan obyekt inşa olunur. Özbaşınalıq o həddə təzahür edib ki, tikintidə istifadə olunan tikinti materialının (sement kisəsinin) üstünə “COP 29” – la əlaqəni təsdiqləyən möhür də vurulub.
Məlumatın izi ilə qeyd olunan ünvana gedib video-çəkiliş apardıq. Obyektin sahibkarı deyir ki, o, Rayon İcra Hakimiyyəti ilə razılaşıb, həm də müxtəlif qurumların, o cümlədən, Fövqəladə Hallar Nazirliyinin məsələdən xəbərləri var, əməkdaşları obyektin inşa olunduğu yerə gəlib-gediblər: “Gedin, suallarınızı İcra Hakimiyyətinə verin”.
Xatırladaq ki, sonuncu dəfə avqust ayının 21-də Bakı Şəhər İcra Hakimiyyətində paytaxt rayonları İcra Hakimiyyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilmişdir. Həmin müşavirədə Bakı ŞİH-nin başçısı cənab Eldar Əzizovun qanunsuz tikililərlə bağlı xəbərdarlıq etdiyi hamıya məlumkən, şəhər merindən töhmət alan Binəqədi RİH-nin başçısı Elxan Allahverdiyevin rayonda baş verən özbaşınalıqlara göz yumması edilən xəbərdarlıqları nə qədər ciddiyə almadığının göstəricisidir.
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz