Axtarış...

Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?

Xırdalan şəhərinin 3 saylı məktəb-liseyində şagirdlərdən 40 manat pul yığılır? - AXI NİYƏ?

Yeni təhsil ilinin başlanması ilə məkəblərimizdə uzun illərdir ənənəvi problemə çevrilən şagirdlər müxtəlif adlar altında pul toplamaq prosesinə də "start" verilib. şagirdlərdən pul yığılan məktəblərdən biri də Xırdalan şəhərinin 3 saylı məktəb-liseyidir.

Bu barədə Qlobal.az-a verilən məlumatda qeyd edilir.

Məlumata görə məktəb-liseyin yuxarı siniflərində müəllimlərə hədiyyə adı alında şagirdlərdən 40 manat yığılır.

Vəsaitin "valideyn komitələri" tərəfindən toplandığı bildirilir.

Məktəb rəhbərliyinin şagirdlərdən pul yığılması barədə xəbərlərinin olub-olması barədə dəqiq məlumat yoxdur.

Qlobal.az məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən mövqe öyrənə bilməyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2019-cu ilin yanvarında imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin 1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200 şagird yerlik yeni əlavə korpus inşa edilib.

2021-ci ilin fevral ayında Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Xırdalanda 3 saylı məktəb-liseyin açılışında iştirak ediblər.

Xatırladaq ki, Xırdalan şəhərinin 3 saylı məktəb-liseyin direktoru Sevinc Məmmədəliyevadır.

Qlobal
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz