Axtarış...

Eldar Əzizov danladı da xeyri yoxdur: Elşad Həsənov YASAMALI XARABA QOYUR... - "20 Yanvar" metrosu ətrafında əməlli-başlı xaosdur...

Bakının "20 Yanvar" metrostansiyasının çıxışları qarşısında acınacaqlı vəziyyət yaranıb.
Bakupost.az xəbər verir ki, stansiyanın "Şamaxinka", "Velotrek" və digər istiqamətlərdə çıxışlarının qarşısında qanunsuz küçə ticarətinə şərait yaradılır.
Burada səyyar piştaxtalar qoyulur və meyvə-tərəvəz, siqaret, lotoreya, peraşki, qarğıdalı və s. satılır. Bütün bunlar hərəkəti çətinləşdirməklə yanaşı, metro çıxışlarında antisanitariya vəziyyəti yaradır. Bu isə vətəndaşların ciddi narazılığına səbəb olub.
“Hər gün burada bazar açırlar. Metronun çıxışında gah mer-meyvə, gah paltar, gah qarğıdalı və s. satılır. Açıq havada, toz-torpağın içində bu qidaları necə satmaq olar?! Axşam isə buralar zibilxanaya çevrilir. Piştaxtanın ətrafını yığışdırmadan gedirlər. Hər yerə zibil dağıdırlar. Bəzən polislər müdaxilə edir, amma 1-2 gün keçməmiş yenə eyni hal yaşanır. “Şamaxinka”ya qalxan yolda vəziyyət daha da bərbaddır. Hər gün metrodan minlərlə insan çıxır, yoluna davam edir. Onsuz da taksilərin əlindən sıxlıq yaranır, bir yandan da alverçilər... Bakı lap Bombeyə dönüb”, - deyə şikayətçilərdən biri bildirib.
20 Yanvar" metrosu ətrafındakı xaosu əks etdirən fotoları təqdim edirik:(Bakupost.az)



Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz
Nice weblog right here! Additionally youur web site rather a lot up very fast!
What host are you the usage of? Can I am gertting your associate
link in your host? I desire myy site loaded
up as fast aas yours lol

Also visit my blog; https://vedalifesciences.com/3d-%d0%bf%d0%b5%d1%87%d0%b0%d1%82%d1%8c-%d0%bc%d0%b5%d1%82%d0%b0%d0%bb%d0%bb%d0%be%d0%bc-%d1%82%d0%b5%d1%85%d0%bd%d0%be%d0%bb%d0%be%d0%b3%d0%b8%d0%b8-%d0%b8%d0%b7-%d0%b4%d1%80%d1%83%d0%b3%d0%b8/
Hello, I want to subscribe for this web site to obtain hottest updates, thus where can i do it please
assist.

My blog post: Недвижимость Болгария (t.me)