Axtarış...

Tovuzun icra başçısı məsələni BƏRİ BAŞDAN HƏLL EDİR... - İLGİNC İDDİA


Keçən günlərdə Dia-az.İnfo olaraq məlumat verdik ki, Tovuz rayonunda yerli icra nümayəndələri vətəndaşlardan şəxsiyyət vəsiqələrini yığmağa başlayıb.

Məlumata görə, Tovuz rayon İcra Hakimiyyətinin ayrı-ayrı əməkdaşları kütləvi şəkildə şəxsiyyət vəsiqələri toplayıblar. Amma vətəndaşlar şəxsiyyət vəsiqələrinin tələb olunmasının səbəbi izah edilməyib.

Yerli sakinlər bunu qarşıdan gələn parlament seçkiləri ilə əlaqələndirir. Amma seçkilərdə həmin şəxsiyyət vəsiqələri nəyə lazım olduğunu sakinlər bilmirdilər.

Qeyd edək ki, bu məlumatdan sonra Dia-az.İnfo-ya yazan oxucularımızdan biri bildirib ki, əslində yerli icra başçısı Məmməd Məmmədovun birbaşa göstərişi ilə əksər sakinlərin şəxsiyyət vəsiqələrinə rəsmən əl qoyulması həqiqətən də seçkilərlə bağlıdır.

Mənbə iddia edir: "Məqsəd hakimiyyətin marağında olmayan digər namizədlərə problem yaratmaqdır ki, onlara imza toplanmasın. Kimi dindirirsən deyir, vəsiqəm icradadır..."
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz