XəbərAl.az-ın keçirdiyi sorğuya əsasən VI çağırış Milli Məclisin deputatı Ülvi Quliyevin növbəti dəfə Millət Vəkili seçilməyi sual altındadır. Ona görə ki, ötən deputatlıq dövründə etimadı doğrultmadı. Ülvi Quliyevin oğlu Orxan Quluzadə parlament seçkilərindən dərhal sonra İngiltərədə şirkətlər açıb.
Vətən müharibəsi ərəfəsində Ülvi Quliyevin oğlu Orxan Quluzadənin şirkətləri genişlənib. Buda Deputat Ülvi Quliyevin seçiciləri tərəfindən birmənalı qarşılanmayıb. Bir çox xəbər saytlarında bu barədə geniş yazılar dərc olunub.
Belə ki, İkinci Qarabağ savaşı 44 günlük vətən müharibəsi, ərəfəsində bəzi, tanınmışların, deputatların övladları öz keflərində, biznesləri ilə məşğul olub orduya heç bir dəstək olmadılar.
Bunlardan da biri Millət vəkili Ülvi Quliyevin oğludur ki, adı ordumuza dəstək olan məmur övladları sırasında çəkilmədi.Yəni heç səsi belə çıxmadı.
Məhz buna görə də Ülvi Quliyevin yenidən deputat seçilməyi sual altındadır.?
Ülvi Quliyevin oğluna məxsus şirkətlər:
Ülvi Quliyevin oğlu Orxan Quluzadə parlament seçkilərindən dərhal sonra İngiltərədə növbəti şirkətini – MARKETING SOLE PROJECT LTD-ni qeydiyyatdan keçirib: “Şirkət bu ayın 13-də 12459963 saylı lisenziya ilə qeydiyyatdan keçib, hüquqi ünvanı London, Old Gloucester Street 27-də yerləşir.
Şirkət ilk maliyyə hesabatını gələn il fevralın 28-də təqdim edəcək.
Yeri gəlmişkən, deputatın oğlu bu yaxınlarda Londonda fəaliyyət göstərən digər şirkəti – UGANO LTD-nin (ötən ilin iyul ayına qədər GUANO LTD) 2019-cu ilə aid maliyyə hesabatını da Britaniyanın maliyyə qurumlarına təqdim edib. Hesabata görə şirkətin keçən il ümumi aktivlərinin həcmi 1 milyon funt sterlin civarında (daha dəqiqi 931 min 983 dunt sterlinq), yaxud 1.2 milyon dolar həcmində olub.
Xatırladım ki, GUANO və UGANO Ülvi Quliyevin ailə üzvlərinin baş hərflərinin (Ulvi, Aynur, Nərminə və Orxan) abbreviaturasıdır, 2007-ci ildə Birləşmiş Krallıqda Orxanın hələ 18 yaşı olarkən onun təsisçiliyi ilə qeydiyyatdan keçib.
Deputatın Türkiyədə də eyni adda ailə şirkəti fəaliyyətdə göstərir. GUANO DANIŞMANLIK TİCARET LİMİTED ŞİRKETİ 2009-cu il mayin 13-də İstanbul Ticaret Odasında 50 min lirə nizamnamə kapitalı qeydiyyatdan keçib, 699005 saylı şəhadətnamə alıb. Təsisçiləri hər biri 50 faiz paya sahib olmaqla Orxan Quluzadə və deputatın həyat yoldaşı Aynur Quliyevadır. Şirkətin ofisi İstanbulun Üsküdər səmtindəki KISIKLI MAHALLESİ ALEMDAĞ CADDESİ YANYOL NO:7/11-də yerləşir.
AYNUR QULİYEVA MÜSAFİR QIZI 1995-ci il aprelin 4-də Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Mirzəbala Məmmədzadə, ev 11 olmaqla qeydiyyata alınmış (VÖEN 1500311461) “LOĞMAN -3” KİÇİK MÜƏSSİSƏSİ-nin də təsisçisi və qanuni təmsilçisidir.
Həmin ünvanda 2011-ci ilin yanvarında deputatın məşhur dərman şirkəti – “LOĞMAN FARM” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ də (VÖEN 1501723311) hüquqi qeydiyyata alınıb. Şirkətin təsisçisi Ülvi Quliyevin oğlu, qanuni təmsilçisi isə Xalid Dilqəm oğlu Sadıqovdur.
Deputatın oğlu 2016-cı ildən tikinti biznesinə də girişib və onun təsis etdiyi “DİLER İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ hazırda Neftçi Qurban Abbasov küçəsi 42/44 ünvanında tamamlama mərhələsində olan BAYIL MARİNA rezidensiyasının tikintisini həyata keçirib.
Orxan Quluzadə həmçinin İngiltərədəki şirkəti üzərindən Sankt-Peterburqda “Xoçu kebab” və “Xoçu şaşlık” restoranlar çəbəkəsi açıb. Bundan əvvəl isə Rusiyanın ikinci paytaxtında onun “Mado” layihəsi 1 milyon dollar zərərlə iflasa uğramışdı. Deputatın oğlunun eterburqdakı digər şirkəti – NEO GROUP LTD ticarət şirkətini (ОБЩЕСТВО С ОГРАНИЧЕННОЙ ОТВЕТСТВЕННОСТЬЮ “НЕО ГРУП”) da ləğv prosesindədir”.(XəbərAl.az)