Bu gün 26 iyun Azərbaycan ordusunun Siahlı Qüvvələr günüdür. Hər il bu tarixdə Azərbaycanın Milli Ordusunun yaranma günü olaraq dövlətimiz, xalqımız təntənəli şəkildə bu günü qeyd edir.
Hərbi tariximizə nəzər salsaq Azərbaycanda ilk nizami hərbi ordu 26 iyun 1918- ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qərarı ilə yaradılmış və Əlahiddə Azərbaycan Korpusu adı verilmişdir.
Lakin, ordunun yaranmasından 23 ay sonra 1920- ildə Sovet imperiyasının təcavüzü nəticəsində Xalq Cümhuriyyəti süquta uğradı. Uzun illərdən sonra 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkəmizdə hərbi kadrların hazırlanması prosesinə başlanılmışdır.
1998-ci il may ayının 22-də Ulu Öndər Heydər Əliyevin Sərəncamına əsasən 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günü elan olunur. Hərbi kadrların hazırlanması və ordunun perspektiv gücünün artırılması üçün 1999-cu il yanvarın 20-də dahi Lider Heydər Əliyev, Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır.
Ulu öndər Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin apardığı müasir ordu quruculuğu siyasəti sayəsində ordumuz günü-gündən inkişaf etmiş və gücləndirilmişdir.
30 il düşmən işğalı altında olan torpaqlarımızın azadlığı naminə, 2020-ci il sentyabrın 27-i Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə şanlı ordumuz əks hücuma keçdi. Başlayan Vətən müharibəsi cəmi 44 gün içərisində, rəşadətli Azərbaycan Ordusu , hərbi-strateji taktikası ilə düşmənə dəqiq həmlələr endirməklə torpaqlarımızı azadlığına qovuşdurdular. Ali Baş Komandan İlham Əliyevin siyasi gücü və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində, 2020- ci il noyabrın 8-zi tarixin səhifəsinə misli görünməyən bir qələbə imzası atıldı.
Hazırda Azərbaycan Respublikasının polad kimi əyilməz, dəmir yumruq kimi möhkəm olan Milli Ordusu Hərbi Hava və Hava Hücumlarından Müdafiə, Hərbi Dəniz və Quru Qoşunları adı altında güclü ordusu var. Hal- hazırda MDB məkanında Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik olan ən güclü ölkələr sırasındadır.
Biz də MilliTV kollektivi olaraq bu günkü gündə, Azərbaycanın Milli Ordu sıralarında vətənə xidmət edən həbçilərimizi 26 iyun Silahlı Qüvvələr günü münasibəti ilə təbrik edir və onlara daim qalibiyyət arzulayırıq.
Hazırladı MilliTV