Axtarış...

Nazir Fuad Bağırovu rəis vəzifəsindən azad etdi - YENİ TƏYİNAT

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza Xilasetmə Xidmətində kadr dəyişikliyi olub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə xidmətin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə sözügedən xidmətə Qəhrəmanov Əkrəm Xanlar oğlu rəis təyin olunub.

Əkrəm Qəhrəmanov uzun illər Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin xüsusi avadanlığın təchizatı üzrə aparıcı mühəndisi vəzifəsində çalışıb.
Text-to-Speech

DİNLƏ






Şərh yaz