Laçın rayon sakini Aydın Abışzadə haqsızlıqla üz-üzə qalıb. Dia-az.info bildirir ki, o, rayonun Zabux kəndinin icra nümayəndəsinin özbaşınalığının qurbanıdır.
Bu barədə məlumat verən A.Abışzadənin sözlərinə görə, rayonun Zabux kəndində onun ata-baba yurdunda yenidən inşa olunmuş və püşklə ona düşən mənzil qanunsuz olaraq və icra nümayəndəsinin özbaşınalığı ilə əlindən alınıb.
"32 nömrəli ev mənim öz ata-baba yurdumda tikilib. Püşklə mənə düşsə də, aradan 3 gün keçəndən sonra kəndin icra nümayəndəsi Elsevər mənə zəng edərək dedi ki, həmin ev əlimdən alınıb və Rusiyada yaşayan birinə verilib".
Narazı vətəndaş Prezident İlham Əliyevə müraciət edərək haqqının bərpa olunmasını xahiş edir.