Müğənni Rəqsanə İsmayılova bir ildir aldığı ərzağın pulunu ödəmir.
Bu barədə Gəncə nemətləri satan şəxs sosial şəbəkə hesabında məlumat verib.
O, öz səhifəsində müğənninin sosial şəbəkə hesabını işarəyələk bunları yazıb:
“Rəqsanə xanım, ödənişi eləyin, 1 ildir gözləyirəm. Aysun xanıma deyirəm, deyir, mənlik deyil. Ayıbdır vallah, insan insana hörmət qoyanda belə eləməz”.
Şəxs onu da iddia edir ki, R.İsmayılova 5 aydır onun mesajlarına cavab vermir: “Çox tanınmış insanların verəcəyi var, bu nədir ki. Sadəcə insan insanı başa düşər, alverdə alacaq da olar, verəcək də, amma aldatmaq olmaz. Bir insana 5 aydır mesaj yazasan, oxuya, cavab verməyə, mənə təsir edən odur”.
Qeyd edək ki, bir müddətdir müğənni Rəqsanə İsmayılovanın yenidən külli miqdarda borcu olması barədə xəbərlər tirajlanır. Qeyd edilir ki, hətta borc aldığı şəxslər R.İsmayılovanı məhkəməyə belə veriblər. Nəticədə R.İsmayılovanın Azərbaycandakı mülklərinə həbs qoyulub. İfaçı isə borc xəbərlərini əvvəlcə təkzib etsə də, sonradan təsdiqləyib, bu barədə geniş danışmaq istəmədiyini bildirib.(Yenixeber.org)