Xırdalanda ağacları gecə ilə kəsib marketə gələn maşınlar üçün parkinq yeri düzəltdilər.
Platforma.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Mehdi Huseynzade küçəsində Misir parkı ilə üzbəüz ərazidə baş verib. Hadisəni jurnalist Elvin Əhəd ictimailəşdirib və fotoları yayıb. Jurnalistin verdiyi məlumata görə ağaclar son 2 gün ərzində kəsilib və yaxın günlərdə üstü asfaltlanaraq marketə gələn maşlnlar üçün parkinq kimi istifadə ediləcək.(Platforma.az )