İmişli rayonu Qulubəyli bələdiyyəsinin sədri vəzifəsini icra edən Nağıyev Qalib tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Müraciəttdə deyilir:
"Şikayətim Ali Məhkəmənin Mülki kollegiyasının Hakimi Elşanə Vəliyeva barəsindədir.
Şirvan Apelyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli 2(106)-1813/2023 saylı qətnaməsindən sabiq Bələdiyyə sədri cavabdeh Mirvəli Tağıyev tərəfindən verilmiş kassasiya şikayəti 14 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin Mülki kollegiyasının Hakimi Elşanə Vəliyevanın icraatına daxil olmuşdur 23 fevral 2024-cü il tarixdə işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılacağı barədə tərəflərə rəsmi bildiriş göndərilmişdir.Ancaq xeyli müddət keçməsinə baxmayaraq sözügedən 2(102)-1221/2024 saylı işə baxılmayaraq qanunla müəyyən olunmuş 3 ay müddətin tamam olmasına az qalmış baxılacağı təsəvvürü yaranmışdır.Bu fakt isə qarşı tərəfin sifarişi əsasında bu il keçiriləcək Bələdiyyə seçkilərinə qədər vaxtı süni surətdə uzatmaqdan ibarətdir.
25 aprel 2022-ci il tarixdə cavabdeh İmişli rayonu Qulubəyli Bələdiyyəsinin sədri vəzifəsindən azad edilmişdir.Ancaq cavabdeh qanunun tələblərinə əməl etməyərək Bələdiyyənin möhür-ştamp və maliyyə sənədlərini Bələdiyyəyə təhvil vermədiyinə görə 01 iyul 2022-ci il tarixdə İmişli rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etsəkdə Qulubəyli Bələdiyyəsinin iddia tələbi 09 fevral 2023-cü il tarixdə təmin olundu.Artıq 22 aydır ki, aidiyyəti üzrə işə baxan Məhkəmələr möhür-ştamp və maliyyə sənədlərini cavabdehdən alıb Qulubəyli Bələdiyyəsinə təhvil verilməsinə müxtəlif bəhanələr gətirərək qəsdən süründürməçilik edirlər.20 aydan sonra sözügedən iş baxılması üçün Ali məhkəmənin Mülki kollegiyasına daxil olsada Hakim Elşanə Vəliyeva işə baxmağa tələsmir.
Əslində cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti əsassız və qanunsuz olduğundan baxılmadan geri qaytarılmalıydi.Belə ki, cavabdehin verdiyi kassasıya şikayətinin əsasını Qulubəyli Bələdiyyəsinin 25 aprel 2022-ci il tarixli iclas protokolunun saxta olduğu iddiası təşkil edir.Cavabdeh Mirvəli Tağıyevi Bələdiyyə sədri vəzifəsindən azad edib, möhür-ştamp və maliyyə sənədlərinin ondan alınıb Qulubəyli Bələdiyyəsinə təhvil verilməsinə əsas olan Bələdiyyənin sözügedən iclas protokolunu qərarını,əgər cavabdeh qanunsuz hesab edirsə belə olan təqdirdə niyə bu günə qədər Qərarın ləğv edilməsi barədə iddia ərizəsi ilə Məhkəməyə müraciət etməmişdir? Ona görə ki, həmin qərarın ləğv olunması üçün cavabdehin əsaslanacağı təkzibedilməz və mötəbər sübutlar yoxudr.
Məlumat üçün bildirirəm ki,cavabdeh Mirvəli Tağıyev Qulubəyli Bələdiyyəsində və digər yerdə törətdiyi cinayət əməllərinə görə 230440055 nömrəli cinayət işi üzrə cinayət məcəlləsinin çoxsaylı maddələri ilə ona ittiham verilərək təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuşdur. Hazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsində onun barəsində geniş Məhkəmə istintaqı aparılır.Ancaq təqsirləndirilən şəxs M.Tağıyev bu gündə Qulubəyli Bələdiyyəsinin möhür və sənədlərindən qanunsuz istifadə etməkdə davam edir.
Bir müddət əvvəl cavabdeh 77 yaşlı qoca Mirvəli Tağıyevlə sözügedən Qulubəyli Bələdiyyəsinin möhürü ilə əlaqədar onunla mübahisə əsnasında mənə bildirdi ki, Şirvan Apelyasiya Məhkəməsinin Qətnaməsini ləğv etdirmək üçün Ali Məhkəmədə işə baxacaq hakimə lazimi qədər rüşvət verəcəyini,ancaq möhürü mənə heç bir vaxt verməyəcəyini bildirdi.
Xahiş edirəm müraciətim barəsində qanuni tədbir görülsün".
azerbaycanrealligi.com