Axtarış...

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

Bir ailənin 6 üzvü qəzada ÖLDÜ

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza nəticəsində eyni ailənin altı üzvü həyatını itirib, bir sərnişin xəsarət alıb.

Hadisə Hatayın Dörtyol rayonunda qoşqulu yük avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində meydana gəlib.

Hadisə yerinə çox sayda təcili tibbi yardım avtomobilləri, polis əməkdaşları və xilasedici qruplar cəlb olunub.

Qəza ilə bağlı araşdırma başlayıb, qoşqulu yük avtomobilinin sürücüsü saxlanılıb.



Şərh yaz