Beynəlxalq təsisatların öhdəliklərini yerinə yetirməmələri qarşımızda duran problemlərdəndir.
Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda panel iclasında çıxışı zamanı deyib.
H.Hacıyev qeyd edib ki, hələ də bir çox ölkələr COVID-19-un təsirinin qarşısını tam ala bilməyib.
“Azərbaycan peyvəndlərin bərabər paylanması təşəbbüsü ilə çıxış etmişdi. Beynəlxalq təsisatların, Avropa təşkilatlarının böhran yaşadığını görürük. Azərbaycan təşəbbüsləri ilə parçalanmış dünyanın bərpasına töhfəsini verəcək. Avropa təsisatları acınacaqlı vəziyyətdədir. Azərbaycan Avropa Parlamenti qarşısında heç bir öhdəlik daşımır. Azərbaycana qarşı mənfi hallarla rastlaşırıq”, - deyə o əlavə edib.