Axtarış...

“Yaşıl Ada” Restoranı hansı maraqlara xidmət edir? - Restoran vətəndaşların Konustitusion hüquqları tanımır...

“Yaşıl Ada” Restoranı hansı maraqlara xidmət edir? - Restoran vətəndaşların Konustitusion hüquqları tanımır...


Bu gün bütün mediada səs küyə səbəb olan “Yaşıl Ada” Restoranı qanunu sahibi Prezident Aparatında çalışması ilə bağlı ilginc məlumatlar daxil olub. Beləki icarədarlar qanuna zidd fəaliyyətləri barədə bir çox yazılar video görüntülər sosial mediada paylaşılıb. Lakin bu günə qədər bu restoranın bağlanmasına heç bir orqan sonacan duruş gətirə bilməyib. Bunun əsas səbəblərindən biri isə yuxarıda qeyd etdiyimiz qüvənin olması ilə əlaqələndirilir.

“Yaşıl Ada” Restoranı yerləşdiyi ərazi yaşayış binasının tam altıdır. Burada restoranın səhər saatlarına qədər içki aləmi keçirməsi və səsli küylü musiqi aləmi sakinləri çox narahat edir. Yaşadıqları bu zülmə isə dur deyəcək qurum tapa bilmirlər. Sahibkara qanunla 23:00-dan sonra musiqi vermək qadağan olduğu halda şəxslər səhər 05:00 qədər musiqinin yüksək səs diapazonunda verməsi arxalıyam kimsədə mənə toxuna bilməz deyiminə gətirib çıxarır. Bununla bitsə yaxşıdır. Hətta iki gündən bir kütləvi dava dalaşlar sakinlərin Konistitusiya ilə tənzimlənən istirahət hüququnu tamamilə əlindən alır. Demokratik dövlətin vətəndaşları öz qanuni hüququn tələb etdiyi halda təqiblərlə üzləşir. Restoran insan hüquqlarına qarşı kobudluq göstərməsi tutduğu çirkin əməlindən geri addım atmamasıda himayəçinin gücünə arxalanmasındandır?

Əslən Şəmkirli olan iki qardaş tərəfindən idarə edilən “Yaşıl Ada” Restoranı heç bir hüquqi sənədlərdə bu qardaşların adı keçmir. Kamaləddin və Kamal kimi tanınan Məmmədov qardaşları nədənsə tez-tez soy adlarını dəyişdikləri kimi Restoranlarınında adlarını dəyişdirməyi adət halına gətirib. “Yaşıl Ada” Restoranı kimi tanıdığımız bu restoran əvvəllər “Baku City” adı ilə cinayət işində adı hallanan həmin məşhur saxta viskilərin satıldığı məkanlardandır. Bu gün isə adını dəyişsədə əməlini dəyişməməsi hamıya bəlidir. 40-50 manat civarında viskiləri 150-250 manat aralığında çox vaxt isə aksionlar keçirərək həmin saxta içkiləri 1000 manat dəyərində satışın təşkil edilən həmin məkandır. Polis zabitinin zəhərlənərək öldüyü bu restoran əslində həmin şəxslərin əlindən alınmalı idi. Nədənsə 2019-cu ildə bu günə qədər restorana sahibini sadəcə 4 il 6 ay həbs cəzası verilməklə problemin aradan qalxdığı imici verildi. Lakin bu gün belə dövlət büdcəsindən yayınan və Qarabağda döyüşmüş gənclərimizə iki stol açmaqla özlərini xeyrxah iş adamı kimi göstərən restoran sahibi əslində isə elə deyil. İntiriqa və qalmaqalarla qidalanan bu şəxlər öz adları ilə deyil başqalarını qanunlar qarşısında zamin qoyaraq bu yerlərə gəlib çıxmışdır.

Vaxtı ilə “Yaşıl Ada” Restoranı Yetər adlı əslən Naxçıvandan olan xanımın adına sənədləşdirilib və onun VÖENÜ əsasında fəaliyyət göstərib. Həmin zaman vöen sahibi deyil arxa planda olan Füzuli Alıyev əsil adı isə Kamal Məmmədov olan şəxsin idarəçilində olub. Xanım “Yaşıl Ada” Restoranında admistrator vəzifəsində çalışıb. İllərlə toplanan vergi borcları qanuni tədbirlərin görülməsi etabına gəldikdə restoran xanımın adından dərhal çıxarılır. Lakin xanım dəfələrlə Verginin ödənilmədiyinə görə Naxçıvan Məhkəməsinə verildiyin bildirir. Vergi borcunun ödənilməsin xahiş edir. Amma kimə nəyi izah edəsən ki, Füzuli Alıyev həbsdə olduğundan qardaşı Kamaləddin Məmmədov vergi borcunu ödəməyir. Və qardaşının çıxacaqı zaman ödənilər deyə vədlər verir. Xanım bu vədlərin yalan olduğunu görür və vergi borcun ödənməsinə dair restoranın əmlaklarını satılaraq vergi borcunun bağlanmasına imza atır. Lakin nədənsə burda vergi əməkdaşları ilə K.Məmmədov arasında gizli razılaşmaya əsasən restoran 44 günlük Vətən Müharibəsində qazi olan Arzu adlı şəxsin adına sənədləşdirilir. Və Naxçıvan Muxtar Respublikası Adından çıxarılan Məhkəmə qərarın icra müddətində K.Məmmədovun qohumu Rəhimov Vüsal Arzuman oğlu vergi əməkdaşları ilə sövdələşərək icranın qarşısın alır. Beləki, Vergi əməkdaşları Qazinin adından təcili olaraq Çıxarılan qərardan şikayət etmələri və guya əmlak Qazininmiş kimi Apellyasiya məhkəməsinə müraciət etməsi ilə bağlı iddia ərizəsi hazırladaraq bir nüsxəsin Naxçıvan MR-nın Məhkəməsinə digərini isə Vergi əməkdaşlarına təqdim edir.

İqtisadiyyat nazirliyi yanında Vergilər departamentinin Audit yoxlaması mütləq şəkildə hər iki restoranın yoxlamalarına başlasa yüksək miqdarda vəsaitin dövlət büdcəsindən yayındığı halını müəyyən edəcəkdir. Belə ki Vergi əməkdaşlarının gecələr həmin restoran sahiblərinin hesabına kef damaq çəkməsi onların qanuni tədbirlərdən azad etdiyidə real faktdır...

Vergi əməkdaşları illərdir qeyri ənənəvi üsullardan istifadə etdikləri üçün gündəlik 10000 manat dövriyəsi olan və müştəriyə heç bir rəsmi çek təqdim etməyən bu restoranın dövriyəsini qat-qat aşağı göstərməklə dövlət büdcəsinə deyil şəxsi ciblərin dolmasında “əl-əli yuyar” misalı ilə işləməkdədi.Lakin Bakı şəhərində tək bu restoran deyil Vaxtı ilə “Baku Music Holl” və sonra “By Fateh” daha sonra “BY Ramin”, Miss Zarina” İndi isə “By Şahbazov” adı ilə tanınan restoranda bu şəxslərə məxsusdur. Və rəsmi olaraq yuxarıda qeyd etdiyimiz yaxın qohumları Rehimov Vüsal Arzuman oğlunun adında müqavilə əsasında icarədədir. Dəfələrlə Qida Agentliyi və Vergi tərəfindən cərimələnən restoran kimi qısa müddətdə 40 min manata qədər dövlətə borcu olan restoran siyahısındadır. Reklam Agentliyi tərəfindən olan cərimələri hələ demirik. Yəni restoran işlətdiyi halda yüksək gəlir əldə edən bu sahibkarlar dövlət vergisini düzgün ödəməkdən yayınmağın yolunu rahatçılıqla icra edirlər.

Məsələ ilə bağlı araşdırmalarımız davam edir daha nələrin olduğunu bilmək istəyirsinizsə bizi izləməyi unutmayın. Bizimlə qalın.

Bakunews
Text-to-Speech

DİNLƏ





Daha çox xəbər

Şərh yaz