Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, qeyd olunan ərazidə davam edən baxış istintaq hərəkəti nəticəsində bu gün daha bir azyaşlıya aid insan qalıqları aşkar edilib.
Bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 5 nəfər şəxsə (onlardan 2 nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib.