Şirvan şəhəri, Heydər Əliyev prospekti Sahib Zeynalov küçəsindəki sürücülük məktəbinin yataqxanasında yaşayan yerli sakinlər binaya mavi yanacağın verilməməsi ilə bağlı şikayət edirlər.
Onların bildirdiyinə görə, 2023 -cü ilin may ayında binaya mavi yanacağın verilməsini dayandıraraq əhalini acınacaqlı vəziyyətə qoyublar. Sakinlər deyir ki, etiraz aksiyası etdikdən sonra binaya qazın verilişi bərpa edilib, lakin bu cəmi 2 ay müddətinə olub.
Daha sonra binanın qəzalı olması əsas gətirilərək binaya gələn mavi yanacağı təkrar kəsiblər. Sakinlər deyir ki, 2015-ci ildə binanı təmir edib 50 ailəni ora yerləşdiriblər. Ailələrin içində şəhid ailəsi də var, soyuqda çarəsiz vəziyyətdə qalıblar.
Şikayətçilər dia-az.info vasitəsi ilə Prezidentə müraciət edərək, onlara kömək etməsini xahiş edirlər...
Dia-az.info