Axtarış...

Tailand hərbçiləri batmaq təhlükəsi ilə üzləşən qayıqdan 73 nəfəri xilas edib

Tailand hərbçiləri batmaq təhlükəsi ilə üzləşən qayıqdan 73 nəfəri xilas edib

Tailand hərbçiləri Andaman dənizindəki "Bu-Bu" adası yaxınlığında batan sürətli qayıqdan 73 nəfəri xilas edib.

Bu barədə Tailandın Milli Xəbərlər Bürosu məlumat yayıb.

Məlumata görə, yüksək dalğalar gəminin çevrilməsinə səbəb olub və nəticədə gövdədə dəlik yaranıb. Tailand Hərbi Dəniz Qüvvələrinin 491-ci Xüsusi Təyinatlı Eskadrilyasının üzvləri sürətlə qəza yerinə gəlib və sərnişinləri götürüblər. Hadisə nəticəsində 15-ə yaxın sərnişin yüngül bədən xəsarətləri alıb, onlara yaxınlıqdakı tibb müəssisəsində tibbi yardım göstərilib.



Şərh yaz