Məşhur Turşsu bulağının ətrafı məhv edilir
"Laçın şəhər sakinlərinin verdiyi məlumatlara görə Laçın rayonunun Ağanus kəndi yaxınlığında tarixi Turşsu bulağının ətrafında geniş bir ərazidə ağacları kütləvi qırıblar. Deyilənə görə istirahət mərkəzi, restoran inşa olunacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə rəsmi açıqlamasında Ağanus kəndində aparılan tikinti işlərinin özbaşına aparıldığını və heç bir tikinti işinə rəy verilmədiyini bildirir.
Qeyd edək ki, son zamanlar Laçın şəhərinə köçürülmüş sakinlərdən səhifəmizə gələn şikayətlərin ardı-arası kəsilmir. Şikayətlər əsasən Laçın şəhərinin yenidən qurulması işlərinin icraçısı "Bakı Abadlıq" şirkəti və ona bağlı olan şirkətlərdəndir".
Müəllif: Uğur Dilarə - Mənbə: "Laçın" səhifəsi
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...