Dünyagöz Xəstəxanasında xəstələr saatlarla növbələrdə gözlədilir. Növbə sistemi sadəcə rəzalətdir. Xəstəxanadakı xidmət insanı dəhşətə gətirir.
Tribuaninfo.az xəbər verir ki, bu barədə vətəndaş Vüsalə Dərziyeva məlumat paylaşıb. O bildirib ki, saat 10:00-da qəbula yazılan pasiyent saat 12:00 olur, hələ də qəbul edilmir:
“Xəstəni həkimim asistenti dəhlizə çıxıb qışqıraraq çağırır. Bu hansı zəmanəyə aiddir? Vay o günə ki, həmin vaxt orada olmayasan və ya eşitməyəsən, sizi qəbul etmək qalır həkimin vicdanına. Qəbula girən də bəlli deyil, səndən əvvəlkidi, ya sonrakıdı. Çağrı Mərkəzinə zəng edəndə 10-15 dəqiqə intervalla qəbula yazırlar, amma normal olaraq müayinə o qədər qısa çəkmir. Üstəlik, araya əməliyyat sonrası müayinəyə gələn xəstələr salınır.
Xəstəsi var, yaşlısı var, gözləyə bilmir o qədər. Bunun adı sadəcə biabirçılıqdır. İradını bildirməyə 150 nəfər var, amma hamısı sadəcə yola verir və söhbət uzananda agressivləşir. Oradakı hamı növbədən şikayətçi idi. Təəssüf ki, lazım olan həkim (Arif Məlikov) ora transfer olub, sırf ona görə dözmək məcburiyyətində qalır adam”.